OYU-da fakültə Elmi Şurasının növbəti iclası keçirilmişdir

05 Mart, 2024

OYU-da fakültə Elmi Şurasının növbəti iclası keçirilmişdir
Odlar Yurdu Universitetinin Humanitar, təhsil və dillər fakültəsinin dekanı fil.f.d. Nuridə Muxtarzadənin sədrliyi ilə fakültə Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda, gündəlikdə olan məsələlərə əsasən, 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasının nəticələrinin müzakirəsi, qış imtahan sessiyasının nəticələrinə əsasən növbəti semestrdə təqaüd alacaq tələbələrin siyahısının müvafiq komissiya ilə razılaşdırılması və s. məsələlərlə bağlı Birləşmiş Fakültələr Departamentinin rəhbəri, dos. Aynurə Qurbanova, kafedraların xarici və daxili universitetlərlə əlaqəsinin mövcud vəziyyəti və perspektivləri, kafedralarda elmi istiqamətlərin təsdiq edilməsi barədə Filologiya və humanitar fənlər kafedrasının müdiri, prof. Rüstəm Kamal, kafedralar üzrə məqalə və dərs vəsaitlərinin müzakirəsi, kafedra müəllimlərinin elmi və metodiki işlərinin müasir tələblərə və göstərişlərə uyğun təkmilləşməsinə baxılması məsələsi ilə bağlı isə prof. Rəşid Cabbarov ətraflı məlumat vermişlər.
Bundan əlavə, cari məsələlərlə bağlı professor-müəllim heyətinin nümayəndələri də müzakirələrə qoşulmuşlar. İclas gündəlikdə olan məsələlərin həll edilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilərək sonlandırılmışdır.