OYU-nun əməkdaşı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində

12 Mart, 2024

OYU-nun əməkdaşı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində aqrar sahədə qabaqcıl təcrübənin tətbiqi ilə bağlı görüş keçirmişdir.
Görüşdə Odlar Yurdu Universitetinin Strateji planlaşdırma və layihələr departamentinin müdiri, dos. Fuad İbadov, Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova, rayon və şəhər icra hakimiyyətləri nümayəndələri, həmçinin fermerləri də iştirak etmişdir.
Görüş zamanı kənd təsərrüfatında müasir suvarma sistemlərinin tətbiqi barədə təqdimatlar edilmiş, interaktiv müzakirələr aparılmışdır.
Odlar Yurdu Universitetinin Strateji planlaşdırma və layihələr departamentinin müdiri, dos. Fuad İbadov bu sahədə ölkəmizdə, eləcə də dünyada tətbiq olunan qabaqcıl təcrübələr fermerlərin diqqətinə çatdırmışdır. Müasir standartlara cavab verən suvarma sistemlərinin kənd təsərrüfatı məhsulları istehsalının artımında, həmçinin quraqlıqla mübarizədə mühüm rol oynamasından geniş bəhs edilmişdir.