Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin professor-müəllim heyəti və tələbələrinə Novruz Bayramı münasibətilə təbrik məktubu

20 Mart, 2024

Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin professor-müəllim heyəti və tələbələrinə Novruz Bayramı münasibətilə təbrik məktubu

Hörmətli Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin professor-müəllim heyəti və əziz tələbələri,

Sizləri Novruz Bayramı münasibətilə ürəkdən təbrik edirəm! Bu müqəddəs bayramın hər birinizə sağlamlıq, xoşbəxtlik və ruzi bərəkəti gətirməsini diləyirəm. Novruzun gətirdiyi təzəlik və bərəkət ruhu ilə həyatımıza daha çox sevgilər, dostluqlar və uğurlar dolsun.

Novruz – təkcə təbiətin oyanışı deyil, eyni zamanda bizim də ruhumuzun yenilənməsidir. Bu gözəl bayram bizə birliyimizi, həmrəyliyimizi daha da gücləndirməyi, iradə və əzm ilə qarşıya qoyduğumuz məqsədlərə doğru addımlamağı xatırladır.

Odlar Yurdu Universiteti və Odlar Yurdu Kolleci olaraq, biz hər zaman elm və təhsil yolunda bir addım daha irəliləməyə, daha böyük uğurlar əldə etməyə və güclü bir ailə kimi bir-birimizə dəstək olmağa davam edəcəyik.

Bu bayramın, həmçinin Azərbaycana canını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsinə ehtiramla yad etmək üçün gözəl bir fürsət olduğunu da unutmamalıyıq. Onların əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq. Onlara Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə isə sağlamlıq diləyirəm.

Novruz bayramınız mübarək olsun! Ailələrinizə xoşbəxtlik, bərəkət və sevinc gətirsin. Həyatınızda hər zaman sevgi, sülh və rifah olsun!

Dərin hörmətlə,
Professor Əhməd Vəliyev
Odlar Yurdu Universitetinin rektoru