Tədbirdə çıxış edən Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyev, yeni qəbul olunan tələbələri səmimi şəkildə salamlamış və onların kollecin ailəsinə qoşulmaları münasibətilə təbrik etmişdir.
Cənab rektor, Odlar Yurdu Kollecinin tədris prosesinin müasir standartlara uyğun olduğunu və tələbələrə hərtərəfli dəstək təmin edildiyini vurğulamışdır. O, müasir tədris metodlarının tələbələrin həm akademik, həm də şəxsi inkişafına müsbət təsir etdiyini qeyd edərək, kollecin strateji hədəflərini və cəmiyyətə faydalı mütəxəssislərin hazırlanması istiqamətindəki məqsədlərini diqqətə çatdırmışdır. Prof. Əhməd Vəliyev geniş karyera perspektivləri və praktik təcrübə proqramlarının tələbələrin gələcək karyera inkişafına verdiyi müsbət təsir barədə danışaraq, tələbələri bu imkanlardan maksimum dərəcədə yararlanmağa çağırmışdır.
Tədbirin davamında çıxış edən Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov, kollecdə tətbiq edilən resurslar və akademik imkanlar haqqında ətraflı məlumat vermişdir.
Dos. Qabil Qafarov, kollecin təqdim etdiyi akademik imkanların, elmi-tədqiqat fəaliyyətlərinin və müasir tədris metodlarının tələbələrin hərtərəfli inkişafını təmin etdiyini vurğulamışdır. O, həmçinin, kolleci müvəffəqiyyətlə bitirən tələbələrin Odlar Yurdu Universitetində təhsillərini davam etdirdikləri halda bir sıra fənlərdən azad olunma hüququna malik olduqlarını qeyd etmişdir. O, bu yanaşmanın tələbələrin təhsil müddətinin optimallaşdırılmasına və akademik prosesdə daha effektiv irəliləmələrinə şərait yaratdığını bildirmişdir. Dos. Qabil Qafarov, əlavə olaraq, Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin mövcud təhsil güzəştləri və Tələbə Təhsil Krediti imkanları barədə geniş məlumat təqdim etmişdir. Bu güzəştlərin və kredit proqramlarının tələbələrin təhsil xərclərini daha əlçatan etməklə akademik fəaliyyətə tam fokuslanmalarına şərait yaratdığı vurğulanmışdır.
Tədbirin sonunda yeni tələbələr kollecin professor-müəllim heyəti ilə tanış olmuş, onlara kollecin strukturu, tədris prosesi və tələbə həyatı haqqında ətraflı məlumat verilmişdir. Bu tanışlıq mərhələsi tələbələrin kollecin müxtəlif təhsil, təcrübə və karyera imkanları ilə yaxından tanış olmalarına şərait yaratmışdır.
Yeni tələbələr, Odlar Yurdu Kollecinin tədris proqramları, tədqiqat imkanları, müxtəlif tələbə təşkilatları və fəaliyyətləri barədə ətraflı məlumat verilmişdir.
Tanışlıq mərhələsi çərçivəsində tələbələr kollecin müasir laboratoriyalarını, kitabxanasını, sosial infrastrukturunu araşdırmış, həmçinin kollecin tələbə xidmətləri və dəstək proqramları ilə tanış olmuşlar.
Yeni qəbul olunan tələbələr, kollecin akademik mühitindəki müxtəlif imkanları ətraflı şəkildə öyrənərək, öz təhsil yollarını və karyera perspektivlərini daha dəqiq planlaşdırmağa başlamışdırlar.
Kollec, tələbələrə yalnız akademik biliklər deyil, eyni zamanda şəxsi inkişaf və liderlik bacarıqları qazandırmağı hədəfləyir.
Beləliklə, 2024/2025-ci tədris ilinin başlanması Odlar Yurdu Kollecində tələbələrin akademik mühitə uğurlu inteqrasiyasına və gələcək təhsil və karyera hədəflərini dəqiq müəyyən etmələrinə əhəmiyyətli dəstək göstərmişdir.
Kollec, tələbələrin hərtərəfli inkişafını təmin etmək məqsədilə davamlı olaraq müasir tədris metodlarını və innovativ yanaşmaları tətbiq etməyə davam edəcəkdir.