Odlar Yurdu Universitetində Erasmus proqramı üzrə yeni layihələrin müzakirəsi keçirilmişdir

07 Oktyabr, 2024

Odlar Yurdu Universitetində Erasmus proqramı üzrə yeni layihələrin müzakirəsi keçirilmişdir
Odlar Yurdu Universitetində Erasmus proqramı çərçivəsində yeni layihələrin müzakirəsi məqsədilə iclas təşkil olunmuşdur. İclasda Jean Monnet Erasmus+ layihəsinə aid məsələlər və Odlar Yurdu Universitetində keçən il bu layihədə iştirak edən əməkdaşların təkliflərinin nəticələri geniş müzakirə edilmişdir.
Görüşdə Odlar Yurdu Universitetinin keyfiyyət təminatı və beynəlxalq əlaqələr üzrə prorektoru, departament müdirləri, fakültə dekanları və kafedra müdirləri iştirak etmişlər. Müzakirələr zamanı Odlar Yurdu Universitetinin layihədə iştirak edən əməkdaşları üçün seminarların təşkil edilməsi təklifi irəli sürülmüş və qəbul edilmişdir.
Eyni zamanda, iştirakçılar Erasmus proqramının tətbiqi nəticəsində əldə olunan uğurları və qarşıda duran məqsədləri dəyərləndirmiş, gələcəkdə həyata keçiriləcək layihələrin əhəmiyyətini vurğulamışlar. Bu müzakirələr, Odlar Yurdu Universitetində Erasmus proqramının inkişafına və beynəlxalq tədris layihələrində uğurlu iştirakın təmin edilməsinə əhəmiyyətli töhfə verəcəkdir.
Erasmus proqramının əməkdaşların beynəlxalq mübadilə imkanlarını artırdığı, eləcə də akademik mühitdə mədəniyyətlərarası dialoqu təşviq etdiyi qeyd olunmuşdur. Beləliklə, Odlar Yurdu Universiteti, müasir tələblərə cavab verən keyfiyyətli təhsil sisteminin qurulmasında və beynəlxalq əlaqələrin genişləndirilməsində davamlı addımlar atmağı hədəfləyir.