Odlar Yurdu Universiteti, tələbələrinin peşəkar inkişafına daim töhfə vermək məqsədilə müxtəlif praktiki tədbirlər və görüşlər təşkil edir. Bu çərçivədə universitetin Karyera və təcrübə mərkəzinin təşkilatçılığı ilə növbəti praktiki görüşlər keçirilmişdir. Görüşlərin əsas məqsədi, Odlar Yurdu Universitetinin tələbələrinə müasir iş dünyasının tələblərinə uyğun bilik və bacarıqlar qazandırmaq olmuşdur.
Görüşlərdə "Logix" şirkətinin rəhbəri Sakit Səmədov və "Networking Azerbaijan Business Club"ın həmtəsisçisi Orxan Hacıyev iştirak edərək, tələbələrlə öz təcrübələrini bölüşmüşdürlər. Onlar effektiv netvorking sənətinin əsasları, karyera planlamasının önəmi və şəxsi brendinqin uğurlu şəkildə necə qurulması haqqında dəyərli məlumatlar təqdim etmişdirlər.
Bu görüş vasitəsilə Odlar Yurdu Universiteti tələbələrinə, müasir iş dünyasında rəqabət üstünlüyü qazanmaq və uğurlu karyera qurmaq üçün praktiki biliklər öyrədilmişdir.
Görüşdə Karyera və təcrübə mərkəzinin həmsədri, dosent Fuad İbadov da çıxış edərək, tələbələrin universitet həyatında praktik təcrübə qazanmasının əhəmiyyətindən bəhs etmişdir. O, tələbələrin karyera hədəflərinə çatması üçün belə görüşlərin və praktiki təcrübələrin vacibliyini vurğulamış, gəncləri aktiv şəkildə bu imkanlardan yararlanmağa çağırmışdır. Dosent Fuad İbadov, universitetin tələbələrinin yalnız nəzəri biliklər deyil, həm də real iş dünyasında tələb olunan bacarıqlarla təchiz edilməsi istiqamətində universitetin atdığı addımlar haqqında geniş məlumat vermişdir.
Odlar Yurdu Universiteti, tələbələrinin gələcək karyeralarında uğur əldə etməsi üçün müasir tədris metodları ilə yanaşı, real iş dünyası ilə əlaqələrini gücləndirməyə böyük önəm verir. Universitetin təşkil etdiyi bu cür tədbirlər tələbələrə peşəkar şəbəkələr qurmaq, iş mühitinin dinamikalarını öyrənmək və şəxsi inkişaflarına töhfə vermək üçün geniş imkanlar yaradır.
Görüşün sonunda tələbələr öz suallarını verərək, praktiki tövsiyələr almışdırlar.
Odlar Yurdu Universiteti belə tədbirləri davamlı olaraq təşkil edir, tələbələrinin təhsil müddətində həm nəzəri, həm də praktiki biliklərlə təmin olunmasına xüsusi diqqət göstərir.