Odlar Yurdu Universiteti və Odlar Yurdu Kolleci olaraq, 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edirik!

20 Sentyabr, 2024

Odlar Yurdu Universiteti və Odlar Yurdu Kolleci olaraq, 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edirik!
Bu əlamətdar gün, Azərbaycanın müstəqillik yolunda atdığı möhtəşəm addımların, milli iradənin və vətənpərvərlik ruhunun təntənəsidir.
Ulu Öndər Heydər Əliyev, müstəqil Azərbaycanın qurucusu və memarı olaraq, ölkəmizin suverenliyini qorumaq və inkişaf etdirmək istiqamətində misilsiz xidmətlər göstərmişdir. Onun müdrik və uzaqgörən siyasəti, Azərbaycanın iqtisadi və sosial sahələrdə sürətli irəliləyişini təmin etmiş, dövlətçilik ənənələrini möhkəmləndirmişdir. Ümumilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji yol, bu gün Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Cənab İlham Əliyev, Ulu Öndərin irsini yaşadaraq, Müzəffər Ali Baş Komandan olaraq, Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsində və ərazi bütövlüyümüzü bərpa etməsində mühüm rol oynamışdır.
Odlar Yurdu Universiteti və Kolleci olaraq, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə, ölkəmizin suverenliyini qorumaq və inkişaf etdirmək istiqamətində göstərdiyi liderliyə görə dərin təşəkkürümüzü bildiririk. Vətənimizin hər bir qəhrəmanını dərin hörmətlə anır, şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Suverenliyimiz əbədi, dövlətimiz daim qüdrətli olsun!