OYU-nun professoru “Sosial Notlar” layihəsinin təqdimatında iştirak etmişdir
04 Dekabr, 2024
Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, professor Elşad Məmmədov DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Dövlət Məşğulluq Agentliyinin gözdən əlilliyi olan şəxslərin məşğulluğuna dəstək məqsədilə həyata keçirdiyi “Sosial notlar” layihəsi çərçivəsində aktivlərin təqdim olunması mərasimində iştirak etmişdir.
Professor Elşad Məmmədov çıxışı zamanı layihənin fiziki məhdudiyyətli şəxslərin əmək bazarına inteqrasiyasına mühüm töhfə verdiyini qeyd etmişdir. O bildirmişdir ki, bu cür təşəbbüslər həmin şəxslərin cəmiyyətdə bərabər hüquqlu üzvlər kimi qəbul olunmasına şərait yaratmışdır.
Professor Elşad Məmmədov, həmçinin, Odlar Yurdu Universitetinin sosial məsuliyyət prinsiplərinə uyğun olaraq bu istiqamətdə layihələri hər zaman dəstəklədiyini vurğulamışdır. Onun sözlərinə görə, bu cür təşəbbüslər inklüziv inkişafı təşviq etməklə yanaşı, cəmiyyətin müxtəlif üzvlərinin həyatına müsbət təsir göstərmişdir.