Odlar Yurdu Universiteti ATU-da uğurla təmsil olunmuşdur

17 Dekabr, 2024

Odlar Yurdu Universiteti ATU-da uğurla təmsil olunmuşdur
Odlar Yurdu Universitetinin Startup və inkubasiya mərkəzinin rəhbəri, Riyaziyyat və rəqəmsal texnologiyalar kafedrasının müəllimi Rəvanə Göyüşlü, 2024-cü ilin dekabr ayında Azərbaycan Tibb Universitetində keçirilən “Tibdə marketinq və startup anlayışı: nəzəriyyədən uğurlu startapa gedən yol” adlı təlimdə mühazirəçi kimi çıxış etmişdir.
Tədbir çərçivəsində Rəvanə Göyüşlü, Odlar Yurdu Universitetində əldə etdiyi zəngin təcrübəyə əsaslanaraq startapların inkişafı, tibbdə marketinq yanaşmaları və rəqəmsal texnologiyaların tətbiqi barədə geniş məlumat vermişdir. Onun təqdimatı tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır. Azərbaycan Tibb Universitetinin iştirakçıları mühazirə zamanı onları maraqlandıran sualları Odlar Yurdu Universitetinin təmsilçisinə ünvanlamış və faydalı məsləhətlər almışlar.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirmiş və Rəvanə Göyüşlü, Odlar Yurdu Universitetinin uğurlarını təmsil edərək, göstərdiyi peşəkar fəaliyyətə görə sertifikatla təltif edilmişdir. Bu, həm Odlar Yurdu Universitetinin akademik nailiyyətlərinin, həm də onun əməkdaşlarının yüksək səviyyədə tanındığını bir daha sübut edir.