OYU-nun rektoru, professor Əhməd Vəliyevin Odlar Yurdu Kollecinə qəbul olunmuş tələbələrə müraciəti

09 Sentyabr, 2022

OYU-nun rektoru, professor Əhməd Vəliyevin Odlar Yurdu Kollecinə qəbul olunmuş tələbələrə müraciəti

OYU-nun rektoru, professor Əhməd Vəliyevin Odlar Yurdu Kollecinə qəbul olunmuş tələbələrə müraciəti:

Əziz tələbələr!
2022/23-cü tədris ilində Odlar Yurdu Kolleci (OYK) tələbə qəbulu üzrə qarşısına qoyduğu bütün ixtisaslarının qəbul planını 100 % yerinə yetirmişdir.
OYK-nı seçən əziz tələbələrimizi və onların ailələrini təbrik edirəm!
Odlar Yurdu Kollecinin kollektivi sizin qarşınıza çıxan hər cür məsələlərin həllində sizlərə böyük yardımlarını edəcəkdir.
Unutmayın ki, sizin keyfiyyətli təhsiliniz üçün əlimizdən gələn hər cür köməyi əsirgəməyəcəyik.