COP29-da iştirak edən Odlar Yurdu Universitetinin tələbələrinə təşəkkürnamələr təqdim olunmuşdur

19 Yanvar, 2025

COP29-da iştirak edən Odlar Yurdu Universitetinin tələbələrinə təşəkkürnamələr təqdim olunmuşdur
COP29 İqlim Dəyişikliyi Konfransında könüllü olaraq fəallıq göstərən Odlar Yurdu Universitetinin tələbələrinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən rəsmi təşəkkürnamələr təqdim edilmişdir.
Təşəkkürnamələr, tələbələrin beynəlxalq tədbirdə nümayiş etdirdikləri peşəkarlıq, məsuliyyət və yüksək fəallıqlarına görə təqdim edilmişdir.
Bu təşəbbüs, Odlar Yurdu Universitetinin tələbələrinin qlobal məsələlərə həssas yanaşmasını, beynəlxalq layihələrdə iştirak etmə bacarıqlarını və sosial məsuliyyətini bir daha sübut edir.
Odlar Yurdu Universiteti tələbələrinin COP29 çərçivəsindəki uğurları, onların gələcək karyeralarına mühüm təsir göstərəcək. Bu tədbir, həm də universitetin tələbələrini beynəlxalq arenada daha da fəal olmağa həvəsləndirərək onların komanda işindəki bacarıqlarını və qlobal təşəbbüslərə verdikləri töhfəni artıracaq.
Odlar Yurdu Universiteti olaraq, tələbələrimizin bu kimi beynəlxalq layihələrdə iştirakını yüksək qiymətləndirir və onların peşəkar inkişafını dəstəkləməyə davam edirik. Bu uğur, tələbələrimizin gələcək nailiyyətlərinin başlanğıcıdır.
Tələbələrimizi təqdim olunan təşəkkürnamələrə layiq görülmələri münasibətilə səmimi qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar və zirvələr arzulayırıq!