OYU tələbəsi təhsil işçilərinin "Zirvədə Sən" intellektual müsabiqəsinin qalibi oldu

30 Yanvar, 2025

OYU tələbəsi təhsil işçilərinin "Zirvədə Sən" intellektual müsabiqəsinin qalibi oldu
Bu günlərdə ölkənin ən böyük təhsil platforması olan təhsil forumu sosial platformasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən təhsil işçilərinin "Zirvədə Sən" intellektual müsabiqəsinin qalibi müəyyənləşdi.
I yerin qalibi Odlar Yurdu Universitetinin II kurs tələbəsi Aysel Quliyeva oldu və diplom ilə birlikdə pul mükafatı qazandı.
Odlar Yurdu Universiteti, yüksək akademik səviyyəsi və tələbələrinin intellektual inkişafına verdiyi önəm ilə bu uğurun əldə edilməsində mühüm rol oynadı. Universitet, gənc istedadların yetişməsində mühüm rol oynayaraq onların peşəkar həyatına təkan verir.
Aysel Quliyevanı bu böyük uğuru münasibətilə təbrik edir və gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq.
Odlar Yurdu Universiteti olaraq, bu kimi tədbirlərin gənclərin inkişafına təkan verəcəyinə inanır və bu cür uğurların davamlı olmasını arzulayırıq.