Sabahdan etibarən 11 illik təhsilini başa vuran abituriyentlər üçün kolleclərə ixtisas seçim təsdiqi prosesi başlayır. Bu proses 19 avqustda başa çatacaq, nəticələr isə 20 avqustda elan ediləcəkdir.
Qeyd edək ki, 11 illikdən kolleclərə ixtisas seçim təsdiqini qabiliyyət tələb etməyən ixtisaslar üzrə ümumi balı 30-dan (Azərbaycan dili və riyaziyyat üzrə nisbi bal 8 olmalıdır) az olmayan, xüsusi qabiliyyət tələb edənlər üzrə isə ümumi balı 25-dən az olmayan abituriyentlər edə bilərlər.
Hər abituriyent ixtisas seçimində 20 ixtisas seçib təsdiq edə bilər. Seçim zamanı bu ilin statistik təhlili və ötən illərin keçid balları müqayisə edilməlidir. Abituriyentlər öz balına uyğun olaraq 1-2 bal yuxarı iki-üç ixtisas əlavə edə bilər, digər ixtisaslar isə öz balına uyğun və ya ondan aşağı olmalıdır.
Bundan əlavə, ali məktəblərin boş qalan yerləri üzrə II tur ixtisas seçim təsdiqi də başlayır. Elektron ərizə qəbulu zamanı abituriyent həm ali məktəblərin, həm də kolleclərin boş qalan yerləri üçün ixtisas seçimi edə bilər, əgər müvafiq müsabiqə şərtlərini ödəyirsə.
Hər birinizə uğurlar!