Odlar Yurdu Universitetində ilk tədris günü

15 Sentyabr, 2022

Odlar Yurdu Universitetində ilk tədris günü

Odlar Yurdu Universitetində 2022/2023-cü tədris ilinin ilk günü 1-ci kurs bakalavr və magistrların universitetlə tanışlıqları ilə başladı. Öncə son günlər erməni təxribatı nəticəsində şəhid olmuş əsgərlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı və “Qarabağ Azərbaycandır!” mövzusunda söhbətlər aparıldı. Bakalavr və magistrlar Magistratura və MBA şöbəsinin müdiri, Birləşmiş fakültələr departamentinin rəhbəri, həmçinin, ixtisaslar üzrə kafedra müdirləri ilə görüşdulər, daha sonra universitetdə fəaliyyət göstərən müxtəlif strukturlarla tanış oldular. Magistratura və MBA şöbəsi, Birləşmiş fakültələr departamenti və kafedraların nümayəndələri bakalavr və magistrları maraqlandıran sualları cavablandırdılar.