Odlar Yurdu Kollecində aşağıdakı ixtisaslar üzrə qəbul aparılacaq:
Tam orta təhsil bazasından (XI illik) əyani və qiyabi (kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti ixtisası istisna olmaqla) şöbələrə qəbul edilir.
-
040404 - bank işi
- ixtisasın təyinatı: bank işi ixtisası, bank, maliyyə, biznes, sahibkarlıq, statistika, siğorta, birja, gömrük və s. sahələrdə təməl iqtisadi biliklər təqdim edir. bu ixtisası bitirənlər özəl və dövlət sektorlarında mövqə tuta bilərlər.
-
040401 - mühasibat uçotu
- ixtisasın təyinatı: mühasibat uçotu sahəsində təhsil alanlar maliyyə hesabatlarını hazırlayır, maliyyə resurslarının idarə edilməsində iştirak edirlər.
-
04040 - maliyyə işi
- ixtisasın təyinatı: maliyyə ixtisası tələbələrə maliyyənin planlaşdırılması, proqnozlaşdırılması, tənzimlənməsi, idarə və təşkil edilməsi üzrə biliklər verir. həmçinin makro və mikro səviyyədə pul-kredit, fiskal siyasət tədbirlərini həyata keçirənlərdir.
-
040407 - menecment
- ixtisasın təyinatı: menecment ixtisası müəssisə idarəçiliyini və onun effektiv idarə olunması yollarını öyrədir. ümumilikdə menecerlərin səlahiyyət və öhdəlikləri müəssisənin fəaliyyət forması və növündən asılı olaraq dəyişir.
-
040410 - bələdiyyə təsərrüfatının təşkili
-
040103 - peşə təlimi (informatika, dizayn, nəqliyyat istiqamətləri)
- pedaqoji fəaliyyət üzrə:
«peşə təlimi» ixtisası üzrə subbakalavrların peşə fəaliyyətinin əsas istiqamətləri: - pedaqoji;
- istehsalat-pedaqoji;
- təşkilati-inzibatçılıq və s.
-
040545 - kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti
-
040714 - turist mehmanxana təsərrüfatının təşkili və idarə olunması
- turist mehmanxana təsərrüfatının təşkili və idarə olunması ixtisası turizm iqtisadiyyatını araşdırır, turizm firmalarının, otellərin fəaliyyətini öyrənir.
*peşə təlimi və kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti ixtisaslarında təhsil alan tələbələr universitetimizin ən yüksək səviyyəli texnoparkında iş yerləri açmaq qabiliyyəti olan sənətkar-mütəxəssis kimi formalaşma imkanı əldə edirlər.