Odlar Yurdu Universiteti “EURIE 2018” sammitində uğurla iştirak edib

21 Fevral, 2018

Odlar Yurdu Universiteti “EURIE 2018” sammitində uğurla iştirak edib

Odlar Yurdu Universiteti “EURİE 2018” sammitində uğurla iştirak edib. Universitetin Beynəlxalq Əlaqələr və İnnovasiyalar departamentinin rəhbəri Paşazadə Rəbiyyə, dünyanın ən önəmli təhsil qurumlarından biri olan Avrasiya Universitetlər Birliyinin (EURAS) İstanbulda təşkil etdiyi “EURİE 2018” sammitində iştirak edib.

Sammit çərçivəsində təhsil sərgisi təşkil edilib. Sərgi zamanı universitetin stendi, jurnalları və beynəlxalq əlaqələr departamentinin məlumat kitabçaları sərgi iştirakçılarına paylanıb və universitetlə bağlı maraqlandıran suallar cavablandırılıb. Sərgiyə 100-dən çox ölkədən 200-ə yaxın universitet qatılıb.

Səfər çərçivəsində Türkiyə, İndoneziya, Somali, Rusiya, Banqladeş, Oman, İran, Malayziya, Yəmən və bir sıra digər ölkələrin aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə qəbul prosesi, təhsil haqqı, Odlar Yurdu Universiteti ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, universitetlər arasında tələbə və işçi mübadiləsinin mümkünlüyü və digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.