Torpaq Çərşənbəsi Novruz bayramının sonuncu və ən mühüm çərşənbəsidir. O, torpağın oyanışını, həyatın yenidən canlanmasını simvolizə edir. Qədim inanclara görə, bu gün yerin altındakı sular və torpaq hərəkətə gəlir, baharın gəlişi ilə təbiət tam oyanır.
Torpaq Çərşənbəsi bərəkət, sabitlik və həyat enerjisi ilə doludur. Bu əlamətdar gündə hər birinizə möhkəm iradə, uğurlu addımlar və bol ruzi arzulayırıq. Qoy həyatınızda hər şey möhkəm təməl üzərində qurulsun, uğurlarınız sarsılmaz olsun. Torpaq Çərşənbəsinin bolluq və firavanlıq gətirməsi diləyi ilə!
Torpaq Çərşənbəniz mübarək!