Odlar Yurdu Universiteti xaricdə təhsil sərgisində iştirak edib

12 Mart, 2020

Odlar Yurdu Universiteti xaricdə təhsil sərgisində iştirak edib

12 mart 2020-ci il tarixində Odlar Yurdu Universitetinin tələbələrinin iştirakı ilə xaricdə təhsil sərgisi keçirilmişdir. Sərgidə Amerika, Böyük Britaniya, Avstraliya, Hollandiya, İspaniya, İtaliya, İsveçrə, Kanada və digər ölkələrdən dünyanın öndə gələn universitetləri təmsil olunmuşdur. Universitetlərin rəsmi nümayəndələrinin iştirak etdiyi sərgidə, iştirakçılar universitetlər barədə ətraflı məlumat almış, təmsilçilərlə görüşərək müxtəlif təhsil imkanları barədə məlumat əldə etmişlər. Odlar Yurdu Universiteti də bu sərgidə öz təmsilini göstərmişdir.