Odlar Yurdu Universiteti 2020/2021-ci tədris ili üçün bakalavr pilləsinə tələbə qəbulu elan edir. Qəbul prosesində tələbələr dövlət sifarişi və ödənişli əsaslarla qəbul oluna bilərlər.
Bakalavr pilləsi (Bütün ixtisaslar dövlət sifarişi və ödənişli əsaslarla)
I qrup
İnformasiya texnologiyaları*
Kompüter mühəndisliyi*
II qrup
Beynəlxalq münasibətlər*
Biznesin idarə edilməsi*
Turizm işinin təşkili*
Maliyyə*
Marketinq*
Mühasibat
Dövlət və bələdiyyə idarəetməsi
Menecment
İqtisadiyyat
III qrup
Məktəbəqədər təhsil*
Təhsildə sosial psixoloji xidmət*
Xarici dil müəllimliyi (ingilis dili üzrə)*
Tərcümə (ingilis dili üzrə)*
Sosial iş*
Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
IV qrup
Biologiya*
Psixologiya*
Ekologiya*
V qrup
Dizayn (interyer, qrafik, modelyer)*
Müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.
Qəbul şərtləri:
Qəbul olanlar Azərbaycan, rus və ingilis bölmələrində təhsil ala bilərlər.
Bütün ixtisaslar üzrə tələbələrə təhsil haqqını hissə-hissə ödəmək imkanı verilir.
Dövlət sifarişi və ya ödənişli əsaslarla qəbul olmağından asılı olmayaraq kəsri olmayan tələbələrin Dövlət tərəfindən təqaüd almaq imkanı var.
İkili diplom proqramına əsasən məzunlar həm Odlar Yurdu Universitetinin, həm də İsveçrənin Swiss Montro Biznes Universitetinin (Swiss Montreux Business School) diplomunu əldə edəcəklər.
Eyni ixtisas qrupunda təhsil alanlar üçün ikinci ixtisas üzrə də diplom almaq imkanı verilir.
Bütün ixtisaslar üzrə ikinci ali təhsil almaq imkanı.
Təhsil müddətində nəzdimizdə fəaliyyət göstərən institutlarda, texnoparkda, mərkəzlərimizdə praktiki hazırlıq aparılır.
Ətraflı məlumat üçün Odlar Yurdu Universitetində fəaliyyət göstərən Abituriyent Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.
Ünvan: Bakı şəhəri, Koroğlu Rəhimov küç. 13
Tel.: (+99412) 465 82 00, 055 860 80 64
E-poçt: [email protected]