Odlar Yurdu Kollecində 2017/2018-ci tədris ili üçün qəbul elan edilir

12 Avqust, 2017

Odlar Yurdu Kollecində 2017/2018-ci tədris ili üçün qəbul elan edilir

2017/2018-ci tədris ilinin ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul prosesinin I mərhələsi sona çatıb. Odlar Yurdu Kolleci 2017/2018-ci tədris ilinin ümumi (9 illik) orta təhsil bazasında qəbul prosesinin ikinci mərhələsi üçün aşağıdakı ixtisaslara tələbə qəbulu elan edir.

Odlar Yurdu Kollecində 2017-2018-ci tədris ili üçün qəbul aparılacaq ixtisaslar:

Ümumi orta təhsil bazasından əyani (IX illik), tam orta təhsil bazasından (XI illik) isə əyani və qiyabi şöbələrə qəbul aparılır (Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti ixtisası istisna olmaqla).

  1. 040404 Bank işi
    Bank işi ixtisası sizə bank, maliyyə, biznes, sahibkarlıq, statistika, sığorta, birja, gömrük və digər sahələrdə təməl iqtisadi bilikləri təqdim edir. Bu sahələrdə özəl və dövlət sektorlarında mövqe tutmaq mümkündür.

  2. 040401 Mühasibat uçotu

  3. 040402 Maliyyə işi
    Maliyyə ixtisasını bitirmiş tələbələr maliyyə planlaşdırılması, proqnozlaşdırılması, tənzimlənməsi, idarə və təşkil edilməsi ilə yanaşı, həmçinin makro və mikro səviyyədə pul-kredit, fiskal siyasət tədbirlərinin həyata keçirilməsi ilə məşğul olurlar.

  4. 040407 Menecment
    Menecment ixtisası müəssisə idarəçiliyini və onun effektiv idarə olunması yollarını öyrədir. Menecerlərin səlahiyyətləri və öhdəlikləri müəssisənin fəaliyyət forması və növündən asılı olaraq dəyişir.

  5. 040410 Bələdiyyə təsərrüfatının təşkili

  6. 040103 Peşə təlimi (İnformatika, dizayn, nəqliyyat istiqamətləri)
    Peşə təlimi ixtisası üzrə subbakalavrlar, əsasən pedaqoji, istehsalat-pedaqoji və təşkilati-inzibatçılıq sahələrində fəaliyyət göstərə bilərlər.

  7. 040545 Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti

  8. 040714 Turist mehmanxana təsərrüfatının təşkili və idarə olunması
    Turizm və otelçilik ixtisası turizm iqtisadiyyatını araşdırır, turizm firmalarının və otellərin fəaliyyətini öyrənir.

Peşə təlimi və kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti ixtisaslarında təhsil alan tələbələr universitetimizin yüksək səviyyəli texnoparkında iş yerləri açmaq qabiliyyətinə malik sənətkar-mütəxəssis kimi formalaşma imkanına malikdirlər.

Odlar Yurdu Kollecinin fənn proqramları Odlar Yurdu Universitetinin uyğun ixtisaslarının fənn proqramlarına inteqrasiya olunur. Tələbələrimiz, təhsillərini Odlar Yurdu Universitetində davam etdirdikdə, əla qiymətlər aldıqları fənlərdən azad edilir və nəticədə kolleci müvəffəqiyyətlə bitirənlər, universitetdə həmin ixtisası qısa müddətdə bitirmək imkanına malik olurlar. Bu, Odlar Yurdu Kollecini digər kolleclərdən fərqləndirən və üstün edən əsas amillərdən biridir.

Odlar Yurdu Universiteti, ölkəmizin ən böyük maddi-texniki bazasına malik nüfuzlu universitetlərindən biridir. Kollec də Universitetin bazasında yerləşdiyi üçün tələbələr bütün yaradılan maddi-texniki bazadan istifadə etmək hüququna malikdirlər. Tələbələrimiz bu şəraitin fərqindədirlər və bu onlara böyük stimul verir.

Təhsil haqqı:

  • Əyani təhsil üzrə: 900 AZN

  • Qiyabi təhsil üzrə: 800 AZN

Odlar Yurdu Kollecində təhsil haqqının hissə-hissə ödənilməsi üçün şərait yaradılmışdır.

Tələbələrimizə uğurlar arzulayırıq və onları kollecin imtahanlarına və təhsil həyatına başlamağa dəvət edirik!