Odlar Yurdu Universitetində Hazırlıq Fakültəsi tərəfindən təşkil olunan “Stressiz İmtahan” adlı təlim baş tutmuşdur. Təlimin əsas məqsədi, qəbul imtahanlarına hazırlanan abituriyentlərin imtahan öncəsi və imtahan zamanı yaranan həyacan və narahatçılığı idarə etmələrinə kömək etməkdir.
Psixoloqların fikrinə əsasən, stress insanda özünə inamsızlıq yaradır və işin öhdəsindən gələ bilməyəcəyini düşünməyə səbəb olur. Bu hiss, xüsusilə şagirdlər arasında daha geniş yayılıb. Stressin aradan qaldırılması üçün müxtəlif texnikalar mövcuddur və təlimdə də bu mövzuya xüsusi diqqət ayrılıb.
Təlimdə abituriyentlərə özünə inamın artırılması, diqqət və konsentrasiyanın gücləndirilməsi, stress və həyacanın aradan qaldırılması, qərarsızlıq və ümidsizliyin aşılması, imtahan zamanı zamanın düzgün bölünməsi kimi vacib mövzular haqqında tövsiyələr verilib. Həmçinin, abituriyentlərə imtahan sonrası ixtisas seçimi barədə düzgün qərar vermək və onları maraqlandıran sualları cavablandırmaq imkanları yaradılıb.
Bu təlim abituriyentlərin imtahan stressini daha rahat idarə etmələrinə və uğurlu nəticələr əldə etmələrinə dəstək olmuşdur.