Odlar Yurdu Universitetində Konstitusiya Günü münasibətilə xüsusi tədbir təşkil olunub. Tədbirdə çıxış edən universitetin rektoru, professor Əhməd Vəliyev Konstitusiyanın cəmiyyətin təhlükəsizliyinin təmin olunmasında, inkişafın və rifahın əldə edilməsində əhəmiyyətli rol oynadığını vurğulayıb. O, bu ali qanunvericilik aktının qəbulunu xalqımızın növbəti böyük nailiyyətlərindən biri kimi qiymətləndirib.
Rektor, Konstitusiyanın həm də digər cəmiyyətlərlə qarşılıqlı münasibətlərin qurulmasında əsas vasitə olduğunu qeyd edib. O, Azərbaycanın tarixindəki bu əlamətdar hadisənin ölkə üçün böyük önəm kəsb etdiyini bildirib.
Tədbirdə çıxış edən tələbələr isə müstəqilliyimizin təmin olunmasında Ümummilli Lider Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən bəhs edərək, onun milli dövlətçiliyi formalaşdırmaq və inkişaf etdirmək yolundakı əhəmiyyətli rolunu vurğulayıblar. Onlar həmçinin, əsas konstitusiya qanununun qəbulundan sonra Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu sahəsində əldə olunan böyük uğurlara da diqqət çəkiblər.
Tədbirin sonunda tələbələrin ifasında şeirlər və mahnılar səsləndirilib.