Odlar Yurdu Universitetində tanınmış həkim-nevroloq seminar keçirdi

06 Dekabr, 2018

Odlar Yurdu Universitetində tanınmış həkim-nevroloq seminar keçirdi

Odlar Yurdu Universitetində tanınmış həkim-nevroloq, Avropa Nevroloji Akademiyasının həqiqi üzvü Qalib Əsədov "Beyində Duyğu Üzvlərinin İşini Nizama Salan Mərkəzlərin Fəaliyyət Prinsipləri" mövzusunda seminar keçmişdir.

Seminarda qeyd olunmuşdur ki, beyin yalnız məlumat yığan bir orqan deyil, eyni zamanda duyğu, motivasiya, qorxu və ümidləri, sevgi, məhəbbət və digər emosional halları özündə tənzimləyən bir orqandır. Bütün bunlar şüuraltında olan şeylərdir əslində. Məsələn, beynin duyğularla əlaqədar hissəsi əsəbi üzlərə, o üzləri görmədən də reaksiya verə bilir. Mədəniyyətlər arasında da təməl duyğuların xaricə vurulması, əslində bir-birinə bənzəyir. Duyğuların beyində necə işlədiyi üzərində elm adamları hələ çalışırlar. Duyğulara əslində bir növ hesablama ya da “ölçü” şəkli gözüylə baxıla bilər. Yəni duyğular, əslində sürətli bir hərəkəti hərəkətə keçirən bir “vəziyyət təsbit xülasəsidir”. Neyro-alimlərin ən əhəmiyyətli hədəflərindən biri isə duyğu və düşüncə vəziyyətində ortaya çıxan pozuqluqları anlamaqdır.

Sonda tələbə və müəllimləri maraqlandıran suallar cavablandırılmışdır.