Odlar Yurdu Universitetinin Tibb Muzeyində açıq dərs keçirildi

08 Noyabr, 2018

Odlar Yurdu Universitetinin Tibb Muzeyində açıq dərs keçirildi

Odlar Yurdu Universitetinin Tibb Muzeyində Biologiya, Psixologiya və Ekoloji Fənlər Kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Axundov İmran “Həzm Sistemi və Onun Xəstəlikləri” mövzusunda açıq dərs keçib. Dərsdə tələbələr insanda həzmin struktur-funksional təşkili, həzmin növləri, həzm aparatının quruluşu və funksiyaları, həmçinin həzm sistemi orqanları və onların funksiyalarının yaş inkişafına təsiri ilə bağlı geniş müzakirələr aparmışlar.

Dərsdə tələbələrə həzm sisteminin sağlamlıq baxımından əhəmiyyəti və bu sahədəki xəstəliklərin qarşısının alınması yolları barədə ətraflı məlumat verilmişdir. Tələbələr dərsi çox maraqlı və faydalı hesab etdiklərini bildiriblər.

Qeyd edək ki, Odlar Yurdu Universitetində açıq dərslər mütəmadi olaraq keçirilir və tədris ilinin sonuna qədər davam edəcək. Dərsdən sonra açıq dərsin dəyərləndirilməsi aparılıb və gələcək dərslər üçün təkliflər irəli sürülüb.