ATGT seçkilərinin ilkin müsahibəsi keçirilib

05 Noyabr, 2021

ATGT seçkilərinin ilkin müsahibəsi keçirilib

 

Bugün Odlar Yurdu Universitetində Tələbə Gənclər Təşkilatının yeni sədr seçkiləri başlayıb, aktiv ictimai fəaliyyəti olan 8 namizədlə müsahibə təşkil edilib. Müsahibədə ATGT nümayəndəsi, o cümlədən, Odlar Yurdu Universiteti nümayəndələri iştirak edib. Müsahibənin sonunda iki namizəd yekun səsvermə üçün seçilib. Namizədlərdən biri Sevgiyyə Əlizadə, digəri isə Eldost Mehdiyevdir. 

Qeyd edək ki, səsvermə 12 noyabr 2021 tarixində universitetin girişində keçiriləcək.