Odlar Yurdu Universitetində akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə elmi-praktiki konfrans keçirilmişdir

26 Aprel, 2019

Odlar Yurdu Universitetində akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə elmi-praktiki konfrans keçirilmişdir

Tədbiri giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, görkəmli alimin mənalı ömür yolundan və elmi fəaliyyətindən danışdı. O, bildirdi ki, tibb elmində böyük xidmətləri olan akademik Zərifə Əliyeva, Azərbaycanın XX əsrdə ən tanınmış alimlərindən və şəxsiyyətlərindən biridir. Alimin Azərbaycanda oftalmologiya elminin inkişafında və dünyada tanıdılmasında müstəsna xidmətləri olmuşdur. Bu səbəbdən də hər il Zərifə xanım Əliyevanın anadan olmasının ildönümü münasibətilə konfrans və digər tədbirlərin keçirilməsi ənənə halını almışdır. Bu tədbirlər, həmçinin, onun xeyirxah və insana nur bəxş edən həyatına və xalqımızın ona dərin hörmətinə işarədir.

Tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Dilarə Əfrasiyabova və psixoloq Elmir Əkbər məruzələrlə çıxış edərək, tədbir iştirakçılarının müxtəlif suallarını cavablandırmışlar.

Tədbir tələbələrin çıxışları ilə davam etmişdir. Sonda Tələbə Elmi Cəmiyyətinin I təhsil ilinin tələbələri arasında keçirilmiş "Mənim universitetim" mövzulu inşa-yazı müsabiqəsi və Xarici Dil Müəllimliyi və Tərcümə ixtisaslarının tələbələri arasında keçirilmiş "Use Your Imagination" adlı inşa-yazı müsabiqəsində I yerə layiq görülmüş tələbələr mükafatlandırılmışdır.

Tədbir, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini yad edərək, onun elmi və humanist dəyərlərinin davam etdirilməsinə həsr olunmuş bir tədbir olaraq uğurla başa çatmışdır.