“Tədris və öyrənmə prosesində keyfiyyət təminatı” mövzusunda məlumat günü keçirildi

20 Aprel, 2019

“Tədris və öyrənmə prosesində keyfiyyət təminatı” mövzusunda məlumat günü keçirildi

Odlar Yurdu Universitetinin əməkdaşları üçün ERASMUS+ EQAC layihəsi çərçivəsində “Tədris və öyrənmə prosesində keyfiyyət təminatı” mövzusunda məlumat günü keçirildi.

Tədbirin məqsədi universitetin əməkdaşlarını EQAC layihəsi və yaradılacaq Keyfiyyət Təminatı Mərkəzinin fəaliyyəti barədə məlumatlandırmaq, həmçinin layihə çərçivəsində İsveç, Vilnüs və London səfərlərindən əldə edilən təcrübələri bölüşmək idi. Bununla yanaşı, atılacaq növbəti addımlar, o cümlədən sorğuların keçirilməsi, monitorinqin aparılması və digər müvafiq tədbirlər müzakirə olundu.

Tədbirdə Avropa ekspertlərinin iştirakı ilə Azərbaycan universitetlərinin Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Qrant proqramlarında iştirak səviyyəsi və bu sahədəki problemlər müzakirə edilərək həlli yolları barədə fikir mübadiləsi aparıldı.

Təlimin əsas məqsədi Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və mərkəzlərin iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.