Odlar Yurdu Universitetinin yeni sillabus forması təqdim edilib

04 Fevral, 2020

Odlar Yurdu Universitetinin yeni sillabus forması təqdim edilib

Odlar Yurdu Universitetində Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsinin iş planına uyğun olaraq yeni sillabus forması hazırlanmış və universitet əməkdaşlarına təqdim olunmuş, geniş müzakirə keçirilib.

Yeni sillabusda öyrənilən fənnin təsviri, məqsəd və vəzifələri, qısa məzmunu, öyrənmə nəticələri, tədris və öyrənmə metodları, ədəbiyyat siyahısı, tövsiyə olunan faydalı keçidlər, məqalələr və s. öz əksini tapıb.

Eyni zamanda, ilin əvvəlindən tədris prosesini daha səmərəli şəkildə qurmaq məqsədilə Elektron Universitet modelinin tətbiqinə başlanıb. Bu model çərçivəsində bütün dərs materialları, o cümlədən sillabus, əlavə oxu materialları, praktiki tapşırıqlar və sorğu-suallar onlayn sistemə yüklənəcək. Sistemin bazasında tələbələr, müəllimlər, məzunlar haqqında məlumatlar yerləşdirilərək, dərs cədvəlləri, fənn üzrə qruplar, fənlərin təqvim-tematik planları, tələbələrin fərdi tədris proqramları daxil ediləcək. Sistem daxilində müəllim və tələbələrin şəxsi kabinetləri, imtahan sistemi bölmələri də yaradılacaq.