Odlar Yurdu Universitetində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Özünü dəyiş, Dünyan dəyişsin!” adlı layihə uğurla başa çatıb. Tədbir layihənin rəhbəri Jalə Bayramovanın giriş nitqi ilə açıldı. O, layihə haqqında ətraflı məlumat verərək, layihənin başlanğıcından sona qədər dəstək göstərən şəxslərə, xüsusilə Azərbaycan Respublikası Gənclər Fonduna təşəkkürünü bildirdi.
“Kitab oxumaq mədəniyyətdir! Siz də kitab oxuyun” şüarı altında keçirilən layihənin əsas məqsədi gənclərin öz üzərlərində işləmələrini təmin etmək, onlara kitab oxumağı daha çox sevdirmək və oxuduqları kitabları təqdim etmək bacarıqlarını inkişaf etdirmək idi. Layihə həmçinin, kitab oxuyanların necə dəyişdiyini, maarifləndiyini və dünyagörüşlərinin necə fərqləndiyini nümayiş etdirməyi hədəfləyirdi.
Sonda, layihə çərçivəsində müxtəlif janrlarda əsərlər təqdim edən tələbələr və iştirakçılar mükafatlarla təltif olundular. Bu layihə, gənclərin mədəniyyət və maarifləndirmə sahəsində daha çox fəaliyyət göstərmələrinə, kitab oxumağın faydalarını anlamalarına böyük töhfə verdi.