Ulu Öndər Heydər Əliyevin doğum tarixinin universitetimizdə qeyd edilməsi artıq bir ənənə halını almışdır. Lakin bütün dünyanı cənginə alan koronavirus pandemiyasının yayılması səbəbindən bu il həmin günü təntənəli şəkildə qeyd etmək mümkün olmasa da, Ulu Öndəri unutmaq və onun əziz xatirəsinə diqqət ayırmaq istəmədik.
Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə tələbələrimizin Ulu Öndərə olan məhəbbət və ehtiramını ifadə edən video-çarxı Sizə təqdim edirik. Bu video-çarxda Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin tələbələri iştirak etmişdir.
Qürurla vurğulamaq istərdik ki, universitetimiz Heydər Əliyevin xeyir-duası ilə yaradılıb və Ulu Öndərin sağlığında əfsanə halını almış nadir bir şəxsiyyət olaraq, siyasət olimpini fəth etmişdir. Ulu Öndər dünyasını dəyişəndə isə Azərbaycanda ilk dəfə olaraq Odlar Yurdu Universitetinin foyesində Heydər Əliyevin büstü qoyulmuşdur.
Dahi Liderin əziz xatirəsini hər zaman sevgi və hörmətlə anır, onun irsini yaşadırıq!