Odlar Yurdu Universitetində “Öz biznesinə başla” adlı təlim keçirilmişdir

10 Aprel, 2025

Odlar Yurdu Universitetində “Öz biznesinə başla” adlı təlim keçirilmişdir
Odlar Yurdu Universitetində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Öz biznesinə başla” adlı maarifləndirici təlim təşkil olunmuşdur. Təlim Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin tələbələri üçün öz biznesini qurmaq, sahibkarlıq sahəsində ilk addımlarını atmaq istəyən gənclərə yönəlmişdir.
Tədbirin spikeri Panda School, Dadaşsoy Business School və Ellin MMC-nin təsisçisi Elvin Dadaşsoy olmuşdur. O, çıxışı zamanı biznesin əsas prinsipləri, uğurlu strategiyaların qurulması və qarşıya çıxan çətinliklərin öhdəsindən necə gəlmək lazım olduğu barədə ətraflı məlumat vermişdir. Elvin Dadaşsoy iştirakçılara real nümunələr üzərindən yanaşmalarını göstərmişdi və onların suallarını cavablandırmışdır.
Təlim iştirakçılara həm praktiki biliklər qazandırmış, həm də iş dünyasında yeni bağlantılar qurmaq imkanı yaratmışdır. Odlar Yurdu Universitetində belə təşəbbüslər tələbələrin şəxsi inkişafına və peşəkar gələcəklərinə dəstək məqsədi daşıyır. Bu təlim, öz gələcəyini uğurlu bir bizneslə formalaşdırmaq istəyən gənclər üçün dəyərli bir başlanğıc nöqtəsi olmuşdur.