Odlar Yurdu Universitetində bədii yaradıcılıq müsabiqəsinin seçim turuna start verilmişdi

19 Aprel, 2025

Odlar Yurdu Universitetində bədii yaradıcılıq müsabiqəsinin seçim turuna start verilmişdi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının seçim mərhələsi Odlar Yurdu Universitetində uğurla təşkil olunmuşdur.
Yaradıcılıq ruhunun və incəsənət sevgisinin hökm sürdüyü bu tədbirdə Odlar Yurdu Universitetinin tələbələri ilə yanaşı, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən digər ali təhsil müəssisələrinin tələbələri də iştirak etmişlər. Müsabiqənin keçirilməsində əsas məqsəd gənclərin mədəni-estetik dünyagörüşünün zənginləşdirilməsi, tələbələrin yaradıcılıq potensialının üzə çıxarılması və onların incəsənət sahəsinə marağının artırılması olmuşdur.
Tədbirin münsiflər heyəti ölkənin tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət olmuş, iştirakçıların çıxışları yüksək peşəkarlıqla qiymətləndirilmişdir. Seçim turunun Odlar Yurdu Universitetində keçirilməsi ilə bağlı bütün təşkilati və texniki məsələlər yüksək səviyyədə təmin olunmuşdur.
Qeyd edək ki, bu tipli yaradıcılıq müsabiqələri tələbələrin bədii-estetik zövqünün formalaşmasına, onların sosial və şəxsi inkişafına mühüm töhfə verir. Eyni zamanda, bu müsabiqə gənc istedadların üzə çıxarılması və gələcəkdə onların daha geniş mədəni layihələrə cəlb olunması baxımından da əhəmiyyətli platforma rolunu oynayır.