OYU əməkdaşlarının COVID-19 əleyhinə 3-cü doza (buster) peyvəndlənməsi üzrə göstəriş verir

11 Noyabr, 2021

OYU əməkdaşlarının COVID-19 əleyhinə 3-cü doza (buster) peyvəndlənməsi üzrə göstəriş verir

 

Bildiyiniz kimi, təhsil nazirinin 12 aprel 2021-ci il tarixli F-147 nömrəli əmrinə uyğun olaraq cari il aprel ayından etibarən ali və orta təhsil müəssisələrində çalışan əməkdaşların vaksinasiyasına dair Təhsil Nazirliyinə təqdim olunan həftəlik məlumatlar mütəmadi olaraq Nazirlik tərəfindən ümumiləşdirilərək Azərbaycan Respublikasının Prezident Administrasiyasına ötürülür.

Eyni zamanda bildirilir ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tövsiyələrinə əsasən ölkəmizdə COVID-19 əleyhinə vətəndaşların 3-cü doza (buster) peyvəndlənmə prosesi davam edir. 

Qeyd olunanları nəzərə alaraq Odlar Yurdu Universitetində çalışan və iki doza peyvənd olunmasından 150 gün keçmiş əməkdaşlarımızın 3-cü doza peyvəndlənmədə iştirakını vacib hesab edirik və əməkdaşlarımızdan müvafiq tövsiyəyə əməl etməsini xahiş edirik.