OYU-da Üzeyir Hacıbəyli yaradıcılığına həsr olunmuş elmi-bədii tədbir keçirilmişdir

03 Noyabr, 2025

OYU-da Üzeyir Hacıbəyli yaradıcılığına həsr olunmuş elmi-bədii tədbir keçirilmişdir

Odlar Yurdu Universitetində Filologiya və humanitar fənlər kafedrasının təşkilatçılığı ilə dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş elmi-bədii tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanmışdır. Daha sonra tələbələr tərəfindən hazırlanmış Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilmiş, dahi sənətkarın çoxşaxəli irsini əks etdirən maraqlı kadrlar tədbir iştirakçılarına dərin təsir bağışlamışdır.
Çıxışlarda vurğulanmışdır ki, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli (1885–1948) Azərbaycanın professional musiqi sənətinin və milli bəstəkarlıq məktəbinin banisi olmuş, 1908-ci ildə səhnələşdirilmiş “Leyli və Məcnun” operası ilə Şərq mədəniyyətinə yeni nəfəs gətirmişdir. Onun “Arşın mal alan” və “O olmasın, bu olsun” kimi ölməz əsərləri Azərbaycan musiqisinin şöhrətini sərhədlərdən uzaqlara daşıyaraq milli musiqimizin bəşəri səviyyədə tanınmasına xidmət etmişdir.
Tədbirdə Odlar Yurdu Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, qonaq alimlər və tələbələr çıxış etmişlər. Natiqlər Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığının yalnız musiqi tariximizin deyil, həm də milli düşüncə tərzimizin, mənəvi kimliyimizin formalaşmasında mühüm rol oynadığını vurğulamışlar. Qeyd olunmuşdur ki, onun əsərlərindəki dərin vətənpərvərlik, bədii-estetik kamillik və mənəvi zənginlik bu gün də Azərbaycan gəncliyinə ilham mənbəyi olmaqda davam edir.
Çıxışlarda həmçinin Odlar Yurdu Universitetinin tələbələrinin sənətə, ədəbiyyata və milli dəyərlərə olan səmimi marağı yüksək qiymətləndirilmişdir. Bildirilmişdir ki, bu kimi tədbirlər gənclərin bədii-estetik zövqünün formalaşmasına, mənəvi dünyagörüşlərinin genişlənməsinə və milli irsə sevgi hissinin dərinləşməsinə xidmət edir.
Tədbirin bədii hissəsində tələbələr tərəfindən “O olmasın, bu olsun” komediyasından bir səhnə nümayiş etdirilmiş, həmçinin Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri ifa olunmuşdur. Gənclərin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmış, tədbir musiqi və sözün harmoniyasına çevrilmişdir.
Sonda iştirakçılar xatirə şəkli çəkdirmişlər.
Belə tədbirlər Odlar Yurdu Universitetində gənclərin milli-mənəvi dəyərlərə hörmət, mədəni irsə bağlılıq və yaradıcılığa sevgi ruhunda formalaşması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Tələbələrin fəal iştirakı və bədii çıxışları bir daha sübut etmişdir ki, Odlar Yurdu Universiteti milli musiqi və ədəbiyyat irsinin qorunması və təbliği istiqamətində nümunəvi fəaliyyət gö