OYU-nun Elmi-Metodiki şurasının növbəti iclası keçirilmişdir

11 Oktyabr, 2023

OYU-nun Elmi-Metodiki şurasının növbəti iclası keçirilmişdir
Odlar Yurdu Universitetində Elmi-Metodiki şurasının növbəti iclası keçirilmişdir.
Odlar Yurdu Universitetinin Elmi işlər üzrə prorektoru, prof. Tərlan Abdullayev iclası açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırmışdır.
Professor Tərlan Abdullayev 2023-2024-cü il doktoranturaya qəbul nəticələri haqqında və həmin illər üzrə qəbul planı layihəsi barəsində məlumat vermişdir.
OYU-nun Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, prof. Fəxrəddin Məmmədov çıxış edərək “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində keçirilmiş növbəti təlimlər haqqında şura üzvlərinin nəzərinə çatdırmışdır.
Daha sonra çıxış edən Keyfiyyətin təminatı və qiymətləndirilmə departamentinin rəhbəri, prof. Eldar Hüseynov akkreditasiya çərçivəsində Odlar Yurdu Universitetinin kafedralarının hazırlıq səviyyəsi haqqında iclas iştirakçılarını məlumatlandırmışdır.
OYU-nun kafedra müdirləri universitetimizdə aparılan elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılması, elmi məqalələrin hazırlanması, təqdim və çap edilməsi və seminarların təşkili haqqında iclas iştirakçılarının nəzərinə çatdırmışlar. İclasda gündəliyin digər mövzuları da müzakirə edilmişdir.
Qeyd edək ki, iclasda Odlar Yurdu Universitetinin prorektorları, departament, fakültə və kafedra rəhbər və müdirləri və professor-müəllim heyəti iştirak etmişlər.
OYU-nun professor-müəllim heyəti tərəfindən olduqca maraqla qarşılanan iclas sual-cavab sessiyası ilə davam etmişdir.
Sonda qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün tapşırıq və tövsiyələr verilmişdir.