OYU-nun rəhbərliyi Erasmus+ layihəsi çərçivəsində növbəti təlimlərdə iştirak etmişlər

02 Oktyabr, 2023

OYU-nun rəhbərliyi Erasmus+ layihəsi çərçivəsində növbəti təlimlərdə iştirak etmişlər

Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyev və Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, prof. Fəxrəddin Məmmədov Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində növbəti təlimlərdə iştirak etmişlər.
Təlimlər İspaniyanın Kataloniya Politexnik Universitetində (UPC) keçirilmişdir.
Bir həftəlik təlim proqramı çərçivəsində innovasiyaların idarə edilməsi, universitetlərin sahibkarlıq fəaliyyətləri, akademik sahibkarlığa institusional dəstək mexanizmləri, sahibkarlığın universitet strategiyasına inteqrasiya edilməsi və digər sahələrdə UPC-nin təcrübəsi öyrənilmişdir.
Təlimin ilk günlərində Kataloniya Politexnik Universitetinin (UPC) Keyfiyyət və dil siyasəti üzrə prorektoru, prof. Imma Ribasın və universitetin İnnovasiya üzrə mütəxəssisi Matilda Cadenenin çıxışları olmuşdur.
Daha sonra universitetimizin rektoru və prorektoru MediaTIC&Intro Barcelona Activa mərkəzində baş tutmuş tədbirində nümayiş olunmuş robotla tanış olmuşlar.
Erasmus+ layihəsinin növbəti günlərində YUNESKO-nun idarəetmə sahəsi üzrə sədri, prof. Vicenc Fernandezin çıxışı baş tutmuş və İspaniyanın Kataloniya Politexnik Universitetində super kompüter mərkəzi ilə tanışlıq olmuşdur.
Prof. Vicenc Fernandezin tədbirində keçirdiyi hakatonik hissəsində baş tutan yarışa universitetimizin rektoru və prorektoru qatılmışlar və önəmli töhfələrini etmişlər.
Qeyd edək ki, təlimlərdə ENGAGE layihəsində təmsil olunan 11 universitetinin rektorları, prorektorları, inzibati və akademik heyət üzvlərindən ibarət olan 25 nəfərlik nümayəndə heyəti iştirak etmişlər.